Srcan Zahariyevki: “Qarabağ” “Pyast”ı da keçə bilər
11.07.2013 - 22:18
Srcan Zahariyevki: “Qarabağ” “Pyast”ı da keçə bilər
“İlk oyunla müqayisədə daha yaxşı oynadıq. Ancaq bununla belə, “Qarabağ”ın qələbəsinə kölgə salmaq istəmirəm. Onlar layiqli qələbə qazandı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Makedoniyanın “Metallurq” klubunun baş məşqçisi Srcan Zahariyevski oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa Liqasının I təsnifat mərhələsində hər 2 oyunda 0:1 hesabı ilə uduzduqları “Qarabağ” növbəti rəqibi olan Polşanın “Pyast” klubunu yenə bilir: “Komandanız bunu reallaşdırmaq gücündədir. Çünki Azərbaycan futboluna maliyyə baxımından böyük diqqət var. Bu, gələcəkdə qrup mərhələsinə düşməyinizə imkan verəcək”.

Müsəlman olan çalışdırıcı komandasında Ramazan ayında 3 nəfərin oruc tutduğunu bildirib: “Bu, 1 futbolçu, 1 məşqçi və inzibatçı idi. Onlar bu gün oruc tutmuşdular”.