“Dinamo”nun baş məşqçisi: “Neftçi”yə ilk 20 dəqiqədə 2 qol vurmalı idik
12.07.2013 - 11:07
“Neftçi” ilə oyunumuz yaxşı alındı. Belə güclü komandaya qarşı yaxşı təsir bağışladıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Dinamo” (Drezden) klubunun baş məşqçisi Piter Pakult deyib.
Mütəxəssis Avstriyada keçirilən təlim-məşq toplamışı zamanı Azərbaycan çempionu “Neftçi” ilə yoxlama oyunu haqda danışıb. Pakult 2:1 hesablı qələbədən məmnun qalıb: “Oyun göstərdi ki. komandamız əla durumdadır. Xüsusilə də hücumda yaxşı oynadıq. Lakin bu o demək deyil ki. komandamdan tam razı qaldım. Matçın ilk 20 dəqiqəsində 2 qol vurmalı idi. Lakin biz ilk hissəni 0:1 hesabı ilə uduzduq”.
Qeyd edək ki, almaniyalılar fasilədən sonra 2 qol vuraraq əzmkar qələbə qazanıb.

0
0