Ramin Musayev növbəti mövsümün yeniliklərini açıqladı
12.07.2013 - 11:31
Ramin Musayev növbəti mövsümün yeniliklərini açıqladı
Topaz Premyer Liqasında qarşıdakı mövsümdə oyunlar zamanı hakimlərin sayında dəyişiklik olacaq. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bəzi gərgin oyunlarda 6 hakimin olacağını bildirdi. Qurum bununla bağlı AFFA-ya müraciət edəcək.

Futbolçuların növbəti mövsümdə formalarının arxasında ən azı adı, soyadı mütləq olmalıdır. Ehtiyat oyunçular skamyasından kənarda qoyulan stullarda lisenziyası olanlar oturacaq. Musayev onlara verilən lisenziyanın boynundan asılmalı olduğunu deyib: “Yadımdan çıxıb, evdə qalıb - belə şey olmayacaq. Hamı bir-birini tanıyır. Ona qalsa, Messini də hamı tanıyır. Ancaq formasının arxasında adı yazılır. Çılğın adamlara skamyada oturmağa icazə verilməyəcək. Misal üçün keçmiş əməkdaşım, “Simurq”un rəsmisi Zöhrab Əliyevə çılğın olduğuna görə”.

Musayev növbəti mövsümdə üzərində yaşıl rəng olan toplar istifadə olunacağını bildirib: “Elə oldu ki, bu, “Xəzər Lənkəran”ın rənginə uyğun gəldi. Ancaq bizim üçün bütün klublar eynidir. Ümid edirəm ki, bu rəngli toplar Lənkəran klubuna düşəcək”.