“Bakı”nın 3-cü qələbəsi - YENİLƏNİB
13.07.2013 - 22:04
“Bakı” Avstriyada təlim-məşq toplanışı davam etdirir. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” mövsümlərarası fasilədə növbəti yoxlama oyununa çıxıb.
Hazırlıq çərçivəsində yerli “Helmaqor” (4:1) və “Penik” (8:0) kollektivini darmadağın edən serbiyalı baş məşqçi Milinko Pantiçin yetirmələri bu dəfə digər ölkə təmsilçisi ilə üz-üzə gəlib. Belə ki, bakılılar Sloveniyanın SPİNS klubu ilə qarşılaşıb. Görüşdə “Bakı” 2:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, “Bakı” iyulun 16-da Serbiya “Donji Srem”i ilə görüşəcək. “Zolaqlılar” iyulun 25-də isə hazırlıqlarını başa vuraraq vətənə geri dönəcək.
Yoxlama oyunu
13 iyul
“Bakı” (AZƏRBAYCAN) – SPİNS (Sloveniya) – 2:1
Qol: Kalonas, 26, Əliyev, 58

0
0