“Qarabağ”ın “Pyast”ı keçmək şansı 50-50-yədir” - MÜSAHİBƏ
13.07.2013 - 14:43
Makedoniyanın “Metallurq” klubunun kapitanı Mile Krstevin apasport.az saytına müsahibəsi
- “Qarabağ”a yenə eyni hesabla yenildiniz. Oyununuzda nə çatmadı?
- Əslində biz Skopyedəkindən Bakıda daha yaxşı oyun göstərdik. Bizim qol vurmaq üçün bəxtimiz gətirmədi. Əgər ilk hissədə hakim Marian Radeskiyə qarşı kobudluğu qeydə alsaydı, bəlkə də nəticə belə olmayacaqdı. Bununla belə, “Qarabağ”ın qələbəsinə kölgə salmaq istəmirəm. Onlar yaxşı oynayırdı. “Qarabağ”a Avroliqanın növbəti mərhələsində uğurlar arzulayıram.
- Sizin kimi təcrübəli oyunçu olan Qoran Maznov niyə start heyətdə yer almır? Sizdə belə oyunlar zamanı təcrübə çatışmırdı...
- Bu haqda sualı baş məşqçiyə ünvanlasanız, daha yaxşı çıxardı...
- Ancaq siz də komandanın kapitanısınız. Düşünürəm ki, bunun səbəblərini siz də bizə aydınlıq gətirə bilərsiniz.
- Klubun məqsədi daha çox gənc oyunçuları start heyətdə oynatmaqdır. Rəhbərlik gənc oyunçuları yetişdirməklə, onlara təcrübə qazandırmaqla Makedoniyaya xeyir vermək istəyir. Belədə “Metallurq”dan ölkə xaricinə oyunçu transfer olarsa, bu, klubun uğuru sayılmış olacaq. Mənim 34 yaşımın olmasına baxmayın. Bir də gördünüz ki, mən də kapitanlığı gənclərdən birinə etibar etdim.
- Bəs “Qarabağ”ın növbəti rəqibi olan “Pyast” haqqında nə deyə bilərsiniz? Sizcə, Ağdam klubu bu komandanı keçə biləcək?
- Fikrimcə, bu komandalar tamam fərqlidir. “Pyast” daha çox Polşa futboluna xas olan atletik oyuna üstünlük verir. Ancaq “Qarabağ” yerdən ötürmələrlə oynamağı xoşlayır. Düşünürəm ki, “Qarabağ”ın mərhələ keçmək şansı 50-50-yədir.
- Səmimi olsanız deyə bilərsinizmi ki, siz Bakıdakı oyundan əvvəl işinizi ehtiyatlı görüb “Pyast” haqqında informasiya toplamağa çalışmışdınız?
- Yox.
- Yeri gəlmişkən, siz karyeranızın 10 ilini Hollandiyada – “Herenven”, “Vendam” və “Qroningen”də keçirmisiniz. Sizə qol vuran Leroy Corcu daha öncədən tanımırdınız?
- Yox. Bilirdim ki, “Qarabağ” Hollandiyadan futbolçu alıb. Ancaq onu tanımırdım. Ola bilsin ki, mən 2008-ci ildə Hollandiyadan ayrılanda o, çıxış etdiyi klublarda əsas heyətə düşməyə başlayıb.
Səbuhi TOFİQOĞLU

0
0