Dantas “İnter”də - FOTO
13.07.2013 - 15:34
Avropa liqasının II təsnifat mərhələsinə yüksələn Bakının "İnter" klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Joao Paulo De Souza Dantasla 1+1 illik sistemlə müqavilə bağlanıb.
Son klubu Braziliyanın "Braqantino" olan Dantas mərkəz müdafiəçidir. Cənubi amerikalı 15 nömrəli forma geyinəcək.
Qeyd edək ki, futbolçunun adı Avropa liqasında iştirak etmək üçün UEFA-ya göndərilib.
Mənbə: inter.az

0
0