“Tromse” məqsədinə çatmaq üçün var gücüylə mübarizəyə atılan komandadır”
13.07.2013 - 15:50
“İnter”in direktoru Natiq Məmmədov klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, klub rəsmisi Avropa liqasındakı çıxış haqda danışıb.
- “İnter”in Avropa Liqasında keçirdiyi hər iki oyunun nəticələrini necə qiymətləndirirsiniz?
- Ümumilikdə, hər iki qarşılaşmanın nəticələrini müsbət qiymətləndirirəm. Təbii ki, “İnter”in nöbəti mərhələyə çıxması bizi sevindirir. Komanda uğurlu nəticə əldə etməyə nail oldu. Doğrudur, Finlandiya komandasıyla keçirilən ilk matçda qeydə alınmış nəticə planlarımıza daxil deyildi. Çünki ev oyununda rəqiblə heç-heçəyə imza atmaq cavab oyunu ərəfəsində müəyyən psixoloji gərginlik yaratmaqla yanaşı, qonaq komandaya əlavə üstünlük də verir. Amma biz çox şadıq ki, Kaxaber Sxadadzenin yetirmələri Finlandiyadan Azərbaycan azarkeşlərini razı salacaq nəticəylə qayıtmağa müvəffəq oldular. Xüsusilə qeyd etmək istəyirəm ki, baş məşqçinin zəkası, komandanın birliyi vacib qələbənin əldə olunmasında mühüm rol oynadı. Finlandiyadan qələbə qazanmağımız “İnter” haqqında deyilən əsassız və məntiqsiz söz-söhbətlərə son qoydu. Mən klubumuzun fəxri prezidenti Cahangir Hacıyevə, prezident Georgi Nikolova göstərdikləri hərtərəfli dəstəyə görə minnətdarlığımı bildirirəm. Bizi dəstəkləyən bütün insanlara təşəkkür edirəm. Xüsusilə də oyunöncəsi hazırlaşmaq üçün İsmət Qayıbov adına stadionun istifadəmizə verdiyinə görə “Neftçi” klubunun prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm. Onu da xüsusi qeyd etmək istəyirəm ki, cavab qarşılaşmasında qələbədən sonra “Neftçi” komandasının baş məşqçisi Böyükağa Hacıyev və məşqçisi Tərlan Əhmədov, klubun digər nümayəndələri zəng edərək təbrik etdilər. Buna görə, hamısına təşəkkürümü bildirmək istəyirəm.
- Komanda II təsnifat mərhələsində daha ciddi rəqiblə - Norveçin “Tromse” komandasıyla qarşılaşacaq. Rəqibi necə qiymətləndirirsiniz?
- Müasir futbolda zəif rəqib anlayışı yoxdur. Finlandiyanın “Mariehamn” komandasıyla keçirilən hər iki oyun dediklərimizə sübut kimi göstərmək olar. Norveç təmsilçisi barədə ümumi məlumatlarım var. 3 dəfə ölkə çempionu, 2 dəfə kubok sahibi olduğunu bilirəm. Bundan başqa, “Tromse”nin doğma divarlar arasında “Sloveniyanın “Selye” komandasına məğlub olmasına baxmayaraq səfərdə rəqibini yenməsi norveçlilərin kifayət qədər ciddi rəqib olmasından xəbər verir. Yəni “Tromse”nin iradəli və məqsədinə çatmaq üçün var gücüylə mübarizəyə atılan bir komanda olduğunu düşünürəm. Bir sözlə, “İnter”in rəqibi gücünə hörmət etməyə vadar edən komandadır və bu amil bizi Norveç təmsilçisi ilə oyunlara maksimum dərəcədə yanaşmağa sövq edir.
- “İnter” II təsnifat mərhələsinə ev oyunundan başlamalı idi. Lakin UEFA yenidən dəyişiklik etdi və komandamız növbəti mərhələyə vəsiqə uğrunda mübarizəyə Norveçdə başlamalı olacaq...
- UEFA-nın məlum qərarıyla tanışam. Oyunun keçiriləcəyi yerin dəyişdirilməsinə səbəb olan amili də bilirəm. Ali futbol qurumunun “İnter” - “Tromse” matçıyla bağlı verdiyi qərara müxtəlif prizmalardan yanaşmaq olar. Birincisi, ilk oyunun səfərdə keçirilməsi və bu matçda məqsədəuyğun nəticə əldə edilməsi cavab qarşılaşması öncəsində komandaya bəzi üstünlüklər verir. Ancaq “İnter”in səfərdən yenicə qayıtdığını nəzərə alsaq, UEFA-nın qərarının komandaya fiziki və psixoloji mənalarda əlavə problemlər gətirəcəyini qeyd etmək olar. Çünki cəmi 4 gündən sonra komandanın yenidən dünyanın ən şimal şəhərinə səfərə yollanması asan məsələ deyil. Təbii ki, “İnter”də peşəkar futbolçular oynayırlar, bununla belə, bu faktorları da gözardı etmək də doğru olmazdı.
- Komandanın II təsnifat mərhələsinə hazırlıq planı necə olacaq?
- Dünən komanda bərpa məşqi keçirdi. Məşq prosesində əsasən “Mariehamn”la oyunda meydana çıxmayan futbolçular iştirak etdilər. Bu gün də “İnter” səhər məşqə çıxdı. Sabah komanda “Şəfa” stadionunda iki dəfə məşq keçirməyi planlaşdırır.

0
0