Anatoli Demyanenko “Neftçi”ni xatırladı: Mən keçmişə düşmüşdüm
13.07.2013 - 16:33
Tanınmış ukraynalı mütəxəssis Anatoli Demyanenko Azərbaycanda çalışdığı vaxtı unuda bilmir. Apasport.az saytının məlumatına görə, futbolçu və baş məşqçi kimi Kiyev “Dinamo”sundakı fəaliyyəti ilə tanınan çalışdırıcı karyerasının “Neftçi”yə bağlı hissəsi ilə bağlı xatirələri xatırlayıb.
Demyanenko Özbəkistan və Azərbaycandakı fəaliyyətindən danışarkən 2008-ci ilin yanvar-avqust aylarında ölkəmizdə gördüklərini də qeyd edib: “Özbəkistanda əla şərait var idi. Azərbaycanda isə elə təəssürat yarandı ki, mən keçmişə düşmüşəm. Baza ölüb, hazırlıq üçün meydanlar o qədər yaxşı deyildi və sair”.
Keçmiş SSRİ çempionatlarını da yada salan Denyanenko “Neftçi”yə qarşı oyunların çətinliyini də vurğulayıb: “SSRİ vaxtında hətta “Neftçi” və “Jalgiris”lə səfər oyunlarında da heç kim əmin deyildi ki. biz xal qazanacağıq. Hələ mən Moskva “Spartak”ı və “Dinamo”sunu demirəm”.

0
0