Pavel Kapsa: “Simurq”da hər şey yaxşı təşkil olunub
13.07.2013 - 16:54
“Simurq”a keçməyimə şadam. Burda hər şey yaxşı təşkil olunub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun qapıçısı Pavel Kapsa deyib.
Komandasına təlim-məşq toplanışında qoşulan polşalı legioner yeni transfer olunduğu klub haqda həmyerlilərinə danışıb: “Mənə təklif olunan şərtlərdən razıyam. Ən azı İsveçrədə oynamış futbolçulara qoşulmuşam. “Simurq”un Türkiyədəki təlim-məşq toplanışında iştirak etdim. Bu gün komandamla birlikdə növbəti hazırlıq üçün Avstriyaya yollanacağam. İyulun 27-də isə Bakıya qayıdacağıq. Ailəmlə - həyat yoldaşım və qızımı da bundan sonra yanıma aparacağam”.
Qeyd edək ki, Kapsadan əvvəl də “Simurq”un əsas qapıçısı polşalı idi. David Pietrzkeviç bu yay “Qəbələ”yə keçdiyindən zaqatalalılar onun yerinə həmyerlisini transfer edib.

0
0