Elxan Məmmədov dünya çempionatının finalında
13.07.2013 - 20:18
Elxan Məmmədov dünya çempionatının finalında
20 yaşadək futbolçulardan ibarət dünya çempionatı bu gün keçiriləcək 2 matçla başa çatacaq. Apasport.az saytının məlumatına görə, Türkiyədə keçirilən mundialın son günündə III yer uğrunda matç və final qarşılaşması baş tutacaq.

Dünyanın müxtəlif milli assosiasiyalarının nümayəndələri həlledici matçları izləmək üçün qonşu ölkəyə dəvət olunub. Həlledici qarşılaşmalarda AFFA da təmsil olunacaq.

Belə ki, Türkiyə Futbol İttifaqının dəvəti ilə AFFA-nın baş katibi Elxan Məmmədov da İstanbula gedib. Səfərin məqsədi bugünkü görüşləri izləməkdir.

Qeyd edək ki, bu dəqiqələrdə davam edən III yer uğrunda matçda Qana və İraq yığmaları qarşılaşır. Çempionun adına isə Fransa və Uruqvay arasında baş tutacaq matçda aydınlıq gələcək.