“Makkabi” - “Xəzər Lənkəran” matçı canlı yayımlanacaq
14.07.2013 - 12:09
“Makkabi” - “Xəzər Lənkəran” matçı canlı yayımlanacaq
"Xəzər Lənkəran"ın Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Makkabi" (Hayfa) ilə keçirəcəyi ilk oyun ölkəmizdə canlı yayımlanacaq. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, hazırda İsraildə olan komanda nümayəndələri yayımın baş tutması üçün apardıqları danışıqları uğurla başa çatdırıblar.

Lakin hələlik sözügedən qarşılaşmanı canlı yayımlayacaq telekanalın adı müəyyənləşməyib.

Qeyd edək ki, “Makkabi” – “Xəzər Lənkəran” matçı iyulun 18-də keçiriləcək. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq oyunu sloveniyalı hakim Slavko Vinçiç idarə edəcək.