“Xəzər Lənkəran” bu gün İsrailə gedir
14.07.2013 - 12:20
“Xəzər Lənkəran” bu gün İsrailə gedir
Bu gün “Xəzər Lənkəran” Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda iştirak etmək məqsədilə səfərə yollanır. Apasport.az saytının məlumatına görə, Hayfa “Makkabi”si ilə qarşılaşacaq cənublular vacib görüşə hazırlığını təmin etmək məqsədilə İsrailə uçuşun bu gün həyata keçirilməsi planlaşdırılır.

Bakı vaxtı ilə saat 19:00-da Bakı-Tel Əviv reysi ilə yola düşəcək “ağ-yaşıllar” yerli vaxtla saat 20:30-da İsrail paytaxtında olacaq. Bundan sonra komanda avtobusla matçın keçiriləcəyi Hayfa şəhərinə yollanaraq “Dan Panorama” otelində məskunlaşacaq.

Qarşılaşmadan öncə keçiriləcək məşqdən əlavə Con Toşakın rəhbərlik etdiyi heyətin daha üç məşq keçirməsi nəzərdə tutulur. Məşqlərin 15 iyul yerli vaxtla saat 10:00-da, həmçinin 16 iyul saat 10:00 və 18:00-da baş tutması planlaşdırılır.