Millimiz bürünc medal qazana bilmədi - YENİLƏNİB
14.07.2013 - 17:59
Bu gün ölkəmizdə keçirilən hərbçilər arasında I dünya kubokuna yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, son matç günündə millimiz 3-cü yer uğrunda görüşə çıxıb.
Yarımfinalda Oman yığmasına (1:2) uduzan baş məşqçi Nazim Süleymanovun yetirmələri bu dəfə Fil Dişi Sahili ilə üz-üzə gəlib. “Dalğa Arena”da baş tutan matçda komandamız afrikalılara minimal hesabla məğlub olub.
Beləliklə, millimiz hərbçilər arasında I dünya kubokunda 4-cü olub.
Final görüşündə isə Omanla İraq qarşılaşacaq. Matç saat 21:00-da başlayacaq.
Qeyd edək ki, A qrupunda yarışan millimiz Malini 4:0, Kanadanı 2:0 və İraqı 3:0 hesabı ilə məğlub edib. 1/4 finalda isə Bəhreyn yığmasını qalib gəlib – 3:2.
Hərbçilər arasında dünya kuboku
Üçünçü yer uğrunda oyun
14 İyul
AZƏRBAYCAN – Fil Dişi Sahili - 0:1
QOL: Lamini Diakte, 55
Bakı. “Dalğa Arena”

0
0