“Simurq” daha bir futbolçusunu da geri çağırdı
14.07.2013 - 14:02
"Simurq" ötən mövsümün sonunda yollarını ayırdığı daha bir futbolçusunu geri qaytarıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi Stepan Polyak artıq komandanın Avstriyadakı təlim-məşq toplanışına qoşulub.
Zaqatala təmsilçisinin uğurlarında böyük pay sahibi olan təcrübəli futbolçu ilə hazırlıqdan qayıtdıqdan sonra yeni müqavilə imzalanacaq.
Məşqçilər korpusunun qərarı əsasında geri çağrılan Stepan Polyak 2012/13-cü il mövsümündə "Simurq"un heyətində 29 qarşılaşmada 2183 dəqiqə meydanda olub və 4 qola imza atıb. Xorvatiyalı yarımmüdafiəçi nizam-intizamı ilə də diqqətdə olub. O, forma geydiyi qarşılaşmalarda yalnız bir dəfə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, Zaqatala təmsilçisi bundan öncə yollarını ayırdığı Anderson Oliveyranı da geri çağırmışdı. Türkiyədəki təlim-məşq toplanışında da iştirak edən braziliyalı müdafiəçi artıq komanda ilə yeni müqavilə imzalayıb.

0
0