Millimizin son səfər oyununun başlanma vaxtı açıqlandı
14.07.2013 - 15:00
Millimizin son səfər oyununun başlanma vaxtı açıqlandı
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının sonuncu səfər oyununun başlanma vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 7-də Təl-Əviv şəhərindəki “Ramat Gan” stadionunda keçiriləcək İsrail – Azərbaycan oyunu yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) başlayacaq.

Mənbə: affa.az