“Xəzər Lənkəran” - “Fənərbaxça” oyunu Türkiyə televiziya kanalında
14.07.2013 - 17:17
“Xəzər Lənkəran” - “Fənərbaxça” oyunu Türkiyə televiziya kanalında
İyulun 21-də “Xəzər Lənkəran”la yoxlama oyunu keçirəcək “Fənərbaxça” yeni mövsümün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin cənublularla oyununu canlı yayımlanacaq Türkiyə televiziya kanalının adı bəlli olub.

Belə ki, Lənkəran şəhər stadionunda baş tutacaq qarşılaşmanı azarkeşlər “Smart Spor HD” kanalı vasitəsi ilə izləyə biləcəklər.

Qeyd edək ki, “Xəzər Lənkəran” - “Fənərbaxça” matçı saat 21:00-da başlayacaq.