“Rəvan” Sloveniyaya yollanır
14.07.2013 - 19:25
“Rəvan” yeni mövsümə hazırlıq çərçivəsində artıq ilk mərhələni geridə qoyub. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, iyunun 20-dən hazırlıqlara başlayan komanda dünən AZAL ilə "Bayıl stadionu”nda yoldaşlıq oyunu keçirməklə hazırlığın birinci mərhələsini başa vurub.
Belə ki, bu gün sadəcə, oyunsonrası bərpaedici proseslər həyata keçiriləcək. Sabah isə "Rəvan” hazırlığın ikinci mərhələsi çərçivəsində Sloveniyaya yollanacaq. Bakı – Vyana – Maribor marşrutu ilə hərəkət edəcək “uçan aslanlar” Bakıdan Avstriyanın paytaxtına təyyarə ilə, ordan Sloveniyanın adıçəkilən şəhərinə isə avtobusla gedəcək.
Mariborda komanda üzvləri "Draş Hotel”də qalacaq. “Rəvan” Maribor toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirməyi nəzərdə tutub. Toplanış ayın 26-na qədər olacaq. İyulun son, avqustun ilk günlərində isə hazırlığın sonuncu mərhələsi olacaq. Komanda həmin müddətdə yenə Bakıda hazırlığını davam etdirəcək.

0
0