Abışov üçün danimarkalı və finlandiyalı
14.07.2013 - 20:00
UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq olan “Yaqodina” ilə “Rubin”in matçlarını idarə edəcək hakimlərin adlarını açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk görüş Serbiyada keçiriləcək.
UEFA millimizin futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu Kazan klubunun “Yaqodina” ilə baş tutacaq birinci matçını danimarkalı referi Kenn Hansenə tapşırıb. Rusiyada reallaşacaq cavab oyununu isə Finlandiyadan olan hakim Antti Munukka idarə edəcək.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 18-də, cavab görüşləri isə bir həftədən sonra keçiriləcək.

0
0