Misirdə ölkə çempionatının oyunları yarımçıq dayandırıldı
14.07.2013 - 21:40
Misirdə ölkə çempionatının oyunları yarımçıq dayandırıldı
Misirdə ölkə çempionatının oyunları yarımçıq dayandırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb ölkədəki təhlükəsizlik problemlərinin olmasıdır.

Misir Futbol Federasiyasının icraçı direktoru Sərvət Suveylim bildirib ki, oyunların keçiriləcəyi stadionlarda təhlükəsizlik sisteminin təmin olunmadığı üçün Daxili İşlər Nazirliyindən xəbərdarlıq alıblar. Onun sözlərinə görə, nazirlik yalnız XVIII turun görüşlərini təxirə salınması tələb etsə də, federasiya mövsümün bütün matçlarını ləğv edib.