“Heç vaxt belə güclü komandaya malik olmamışıq”
14.07.2013 - 22:01
Almaniya millisinin sabiq baş məşqçisi Rudi Föller ölkəsinin hazırkı və 3 dəfə dünya çempionu olmuş komandasını müqayisə edib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis indiki komandanı daha güclü hesab edir.
O, DÇ-2014-də Bundestimin şanslarını çox yüksək qiymətləndirir: “Mənim fikrimcə, biz heç vaxt belə güclü komandaya malik olmamışıq. Almaniya 2002-ci ildə Yaponiya və Koreyada keçirilən dünya çempionatında gümüş medal qazandı. Hazırkı komanda 1954, 1974 və 1990-cı illərədə mundialın sahibi olmuş kollektivdən daha yaxşıdır. Həmin dövrlərdə heç vaxt belə gənc və çox güclü futbolçular olmayıb. Əminəm ki, Almaniya Braziliyada 4-cü dəfə çempion ola biləcək”.

0
0