“Ulduzlar qərara gəlibsə ki, Şəhriyar Məmmədyarov qalib olmalıdır...”
15.07.2013 - 08:37
“Ulduzlar qərara gəlibsə ki, Şəhriyar Məmmədyarov qalib olmalıdır...”
“Pekindəki turnirin bütün iştirakçıları arasında Şəhriyar Məmmədyarov daha gərgin qrafik çıxışına malikdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı beynəlxalq qrossmeyster Aleksey Dreyev deyib. 44 yaşlı şahmatçı azərbaycanlı həmkarı Şəhriyar Məmmədyarovun Cenevrədə sürətli şahmat üzrə turnirin finalında Vladimir Kramnikə qalib gəlməsindən sonra Çinin paytaxtı Pekində “Qran-Pri”də uğurlu çıxışını qiymətləndirib.

Dreyevin sözlərinə görə, şahmatda mistik şeyləri də unutmaq olmaz: “Əgər ulduzlar bir yerə gələrək, qərara gəlibsə ki, turnirin qalibi Məmmədyarov olmalıdır, belə də olacaq. Heç kim başqa heç nə edə bilməz...Əgər rəqiblərdən biri çox pis oynayırsa, belə qəbul olunur ki, onun “qara gün”ü idi. Bəs niyə qalibin günü haqda danışmırlar?”.