Nureddin Orelesi: Əsl gücümüzü göstərməyin vaxtıdır - MÜSAHİBƏ
15.07.2013 - 09:29
“Skenderbeu” klubunun futbolçusu Nureddin Orelesi Albaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Albaniya çempionunun yarımmüdafiəçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə oyunları ərəfəsində şansları da dəyərləndirib.
- Çempionlar Liqasının oyununa çox az vaxt qalıb. Komandada ab-hava necədir?
- Əlbəttə ki, Çempionlar Liqasında oynamaq fərqli, böyük bir hissdir. Burada rəqabətin də, məsuliyyətin də böyük olmasından danışmaq artıqdır. Biz həm fiziki, həm də psixoloji cəhətdən bu oyunlara hazırıq. Mərhələ keçməyə köklənmişik və bunu bacarmaq iqtidarındayıq.
- “Neftçi” “Skenderbeu” ilə müqayisədə daha böyük büdcəyə malik komandadır. Bu oyuna nə dərəcədə təsir edəcək?
- “Neftçi”nin 2 milyon avroluq futbolçu almaq iqtidarında olduğunu bilirik. Bunun nə demək olduğunu da anlayırıq. Lakin buna məhəl qoymadan oyuna köklənmişik və meydanda yaxşı oyun göstərməliyik.
- “Skenderbeu” “Neftçi”ni keçməyə qadirdirmi?
- 2 il əvvəl “Neftçi”yə qarşı yoxlama oyununda oynamışam. Həmin vaxt qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı. Rəqib ən yaxşı azərbaycanlı futbolçulardan təşkil olunub. Onlar son 3 ildə çempion olur. Amma biz də unutmamalıyıq ki, Albaniya çempionuyuq və heyəti də xeyli gücləndirmişik. Bir sözlə, bərabər səviyyəli rəqiblə qarşılaşacağıq.
- Mərhələ keçmək şanslarını necə dəyərləndirirsiniz?
- Açığını deyim ki, biz mərhələ keçmək üçün kifayət qədər hazırlıq keçmişik. Əvvəlki 2 mövsümdə bacarmadığımızı bu il gerçəkləşdirməyə çalışacağıq. Düşünürəm ki, Azərbaycan klubuna müqavimət göstərmək və mərhələ keçmək iqtidarındayıq. İndi əsl gücümüzü göstərməyin vaxtıdır. “Neftçi” də bilir ki, bizimlə oyunu çətin olacaq. Mən deyərdim ki, bu mərhələni keçən komanda məhz “Skenderbeu” olacaq.

0
0