“Azərbaycanda iqlim futbolçularımız üçün qeyri-münasibdi” - MÜSAHİBƏ
15.07.2013 - 09:46
“Azərbaycanda iqlim futbolçularımız üçün qeyri-münasibdi” - MÜSAHİBƏ
“Qarabağ”ın Avropa Liqasının II təsnifat mərhələsində üzləşəcəyi Polşanın “Pyast” klubunun prezidenti Yaroslav Kolodzeyçik vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, ilk oyunu iyulun 21-də Bakıda keçirəcək rəqibin prezidenti üzləşdikləri çətinliklərdən danışıb.

- Azərbaycana səfəriniz necə gerçəkləşəcək?
- Orada xüsusi icarəyə götürdüyümüz təyyarə ilə gedəcəyik. Bunda problemlərimiz yarandı. Hazırda kurort mövsümüdür. Buna görə də çarteri icarəyə götürmək asan olmadı. Qiymətlər qalxıb, ancaq istənilən halda bununla bacara bilərik.

- Bəs gedişiniz nə vaxt olacaq?
- İndi hansı variantı seçmək vaxtıdır. İki tarixə baxırıq. Birincisi, bazar ertəsi axşam yollanmaqdır. Bu, ora tez gedib, şəraitə, meydana uyğunlaşmaqla bağlıdır. İkincisi isə Polşada hazırlaşıb, cümə axşamı səhər Azərbaycanda olmaqdır. Həmin gün meydana çıxıb, matçdan dərhal sonra Polşaya qayıtmaq planlaşdırılıb.

- Azərbaycan klubu ilə oyunda daha çox nədən çəkinirsiniz?
- İlk növbədə Azərbaycan bizim futbolçular üçün çox qeyri-münasib iqlimə malikdir. Havanın temperaturu yüksəkdir. Ancaq bu, təzyiq və rütubət olanda daha pis olur. Mən yazında Bakıda bəzi məsələləri həll etmək üçün idim. Otel çox yaxşı idi. Mən köynək, uzun tuman geyinib görüşə yollandım. Yenicə çölə çıxmışdım ki, tərlədim. Sadəcə, isti havaya öyrəşməyən insanlar Azərbaycanda olmağa hazır deyillər. Rəqiblərinin orada uzun müddət qalmağı kömək etmək əvəzinə ziyan vura bilər.

- Bakıya səfərinizin yubanmağı orada yerli mətbəxin naməlum olmağı ilə bağlıdır?
- Biz bu məsələ ilə bağlı baş məşqçi Leo Beenhakerin personalının biri ilə məsləhətləşmişik. Onun vaxtında Polşa Azərbaycan yığması ilə seçmə mərhələ oyunu keçirmişdi. Onlar özləri ilə aşpaz gətirsələr də, bir neçə oyunçu matça qədər kənarda qaldı. Onlarda yüksək hərarət, ürək bulanması vardı. Sonradan aydın oldu ki, problem qidalanma ilə bağlı idi, salatı yaxşı yumamışdılar. Biz əməkdaşlarla məsləhətləşməyi qərara aldıq. Bu, daha optimal idi.