“İnter”in rəqibi evdə büdrədi
15.07.2013 - 10:19
“İnter”in Avroliqanın 2-ci təsnifat mərhələsində rəqibi olan “Tromsö” Norveç çempionatında 16-cı turun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, “oğlanlar” evdə “Soqndal”ı qəbul edib.
Görüşə qonaqlar yaxşı başlayıb. Soqndal təmsilçisi Norveç yığmasının və “Kasımpaşa”nın sabiq oyunçusu Azar Karadaş və Maqnus Stamneströnün qolları ilə önə keçsə də, meydan sahibləri tarazlığı bərpa edib. Çexiyalı hücumçu Zdenek Ondraşek və polşalı müdafiəçi Yaroslav Foyutun vurduğu qollar “Tromsö”yə 1 xal qazandırıb – 2:2.
Qeyd edək ki, “İnter” iyulun 18-də məhz “Alfheym” stadionunda “Trömsö”nün qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

0
0