“Neftçi”: 23 futbolçu sifariş olundu, 1-i gözləyir
15.07.2013 - 10:48
“Neftçi”: 23 futbolçu sifariş olundu, 1-i gözləyir
Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Neftçi” UEFA-ya göndərdiyi iştirak ərizəsində 23 futbolçunun adını göstərib. Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsində Albaniya “Skenderbeu”su ilə üzləşəcək komandamızın baş məşqçisi Böyükağa Hacıyevin sərəncamında 3 qapıçı, 20 sahə oyunçusu var.

Onlardan hollandiyalı Melvin Platye, latviyalı Pavel Doroşev və braziliyalı Alexandr Karlos Kardosa yeni transferlərdir. Ancaq “Neftçi”nin iyulun 17-də Bakıdakı oyuna 1 sutka qalmışadək daha 1 futbolçu sifariş edə bilər. Bu, həmin vaxt transferi rəsmiləşəcək kamerunlu yarımmüdafiəçi Ernest Nfor olacaq.

“Neftçi” ötən mövsüm müvafiq olaraq “Sumqayıt” və “Simurq”da icarədə olan gənc futbolçuları - Slavik Alxasovla Nicat Qurbanovu heyətində saxlayıb. Sonuncu Araz Abdullayevin geydiyi 17 nömrəli formaya sahib çıxıb. Araz “Neftçi”də son olaraq braziliyalı yarımmüdafiəçi Rodriqinyonun daşıdığı 7 nömrəni götürüb. Platye isə “Neftçi” ilə yollarını ayıran ötən çempionatımızın bombardiri olan çilili həmkarı Nikolas Kanalesin geydiyi 11 nömrəli formada oynayacaq.

Qapıçılar: 1. Pavel Doroşev, 12. Emil Balayev, 30. Saşa Stamenkoviç

Müdafiəçilər: 20. Slavik Alxasov, 16. Bruno Bertuççi, 2. Alexandr Karlos Kardosa, 4. Tərlan Quliyev, 17. Nicat Qurbanov, 5. İqor Mitreski, 22. Mahir Şükürov, 3. Denis Kruz, 32. Elvin Yunuszadə

Yarımmüdafiəçilər: 7. Araz Abdullayev, 9. Valensio Aleks Flavio, 25. Cavid İmamverdiyev, 15. Erik Ramos, 6. Rəşad Sadiqov, 10. Julius Vobay, 19. Mirhüseyn Seyidov

Hücumçular: 14. Bahodir Nasimov, 11. Melvin Platje, 8. Elşən Abdullayev, 28. Emin Mehdiyev