“Rapid”in futbolçusu: Bu üzdən də Azərbaycana getmədim
15.07.2013 - 12:54
“Rapid”in futbolçusu: Bu üzdən də Azərbaycana getmədim
Rumıniyanın “Rapid” klubunun futbolçusu Emil Dika karyerasını Azərbaycanda davam etdirməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, ölkəmizdə adını açıqlamaq istəmədiyi klubdan təklif alan 31 yaşlı dayaq yarımmüdafiəçisi bu variantın üstündən xətt çəkib.

Karyerasının ən yaxşı vaxtlarını ÇFR və “Rapid”də keçirən rumıniyalı legioner həyatı yaşamaq istəməməyinin səbəbini açıqlayıb: “Azərbaycana getsəydim, ailəmdən ayrı qalmalı idim. Çünki ora tək getməli idim. Bu üzdən Azərbaycana getməyib, komandamda qalmağa üstünlük verdim”.

Qeyd edək ki, Emil 1 dəfə Rumıniya çempionu olub, 3 dəfə ölkə kuboku və 3 dəfə Superkuboku qazanıb.