“İnter”: Yenə oyuna 2 gün qalmış, yenə çarter
15.07.2013 - 13:17
Azərbaycanı Avropa Liqasının təmsilçisi olan “İnter” sabah Norveçə səfər edəcək. Apasport.az saytının məlumatına görə, Bakı klubu Skandinaviya ölkəsinə yenə oyuna 2 gün qalmış səhər çarter reysi ilə yollanacaq.
I təsnifat mərhələsində Finlandiyanın “Mariehamn” klubuna rəqib olan bakılılar bu dəfə Norveç “Tromse”si ilə oyuna gedəcək. Komandamız birbaşa rəqibinin təmsil etdiyi eyniadlı şəhərə - Tromseyə 5 saatdan artıq yol qət etməli olacaq.
Ora çatan günü axşam məşq etməyi nəzərdə tutan bürünc medalçımız matç keçiriləcəyi stadionda oyuna 1 gün qalmış məşq edəcək. Belə ki, “Tromse” həmin arenanı oyun saatında – yerli vaxtla 19:00-da (Bakı vaxtilə saat 22:00-da) bizimkilərə verəcək. Matçdan 1 gün öncə mətbuat konfranslarının keçirilməyi planlaşdırılsa da, vaxt hələ açıqlanmayıb.

0
0