Azərbaycanlı futbolçu Təbriz klubuna keçdi
18.07.2013 - 05:41
Azərbaycanlı futbolçu Təbriz klubuna keçdi
Asiya futbolunun gənc ulduzu Kərim Ənsarifərd Təbrizin “Traktorsazi” klubuna qoşulub. Lent.az-ın məlumatına görə, Ərdəbil şəhərindən olan bu oyunçu daxili və xarici ölkələrin, eləcə də Avropa klublarından təkliflər alsa da, o, Təbriz təmsilçisini seçib.

Ənsarifərd “Traktorsazi” ilə müqavilə imzaladıqdan sonra jurnalistlərlə bunları söyləyib: “Hər halda qismət elə oldu ki, bu il “Traktorsazi”nin qırmızı köynəyini əynimə geyim. Təbrizlilərlə birlikdə futbolu davam etdirmək şərəfinə nail olum. “Traxtur” son illərdə İran futbolunda xüsusi yer tutur. Düşünürəm ki, bu seçim mənim üçün əladır... Özüm azərbaycanlıyam və “Traktorsazi” tərəfdarları, yəni dildaşdılarımla özümü daha rahat hiss edərəm. Ona görə düşünürəm seçimim doğrudur və öz məqsədimə çatacağam. Həm də Təbrizdə qəriblik hissi keçirmərəm”.