“Skenderbeu” üçün ilk
18.07.2013 - 08:01
Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə Bakıdakı ilk oyunu Albaniya “Skenderbeu”su üçün tarixə hadisə ilə yadda qalıb. Apasport.az saytlının məlumatına görə, 8-ci km stadionunda qolsuz heç-heçə Korça təmsilçisinin avrokuboklarda rəqib meydanında uduzmadığı ilk qarşılaşma kimi tarixə düşüb.
Belə ki, “Neftçi”yə qədər “Skenderbeu”nu qəbul edən hər komanda qonaqları darmadağın edirdi. 2 il əvvəl Kiprin APOEL klubu albaniyalıları 4:0, ötən il isə Macarıstan “Debretsen”i 3:0 hesabı ilə məğlub etmişdi.
Səfər matçlarında həm qola, həm də xala həsrət “Skenderbeu” uduzmamağın “siftə”sini Bakıda gerçəkləşdirdi.

0
0