Futbolçularımız Boluda 3 yoxlama oyunu keçirəcək
18.07.2013 - 09:14
Futbolçularımız Boluda 3 yoxlama oyunu keçirəcək
“Dənizlispor” yeni mövsümün hazırlıqlarını bazasında davam etdirir. Apasport.az saytının məlumatına görə, Türkiyənin 1-ci dəstə təmsilçisi çox ağır məşqlər edir ki, bu da bəzi futbolçuların zədələnməsinə səbəb olur.

Dənizli təmsilçisi iyulun 22-də Boluya gedəcək. Artıq komandanın burda keçirəcəyi yoxlama oyunlarının sayı da bəllidir. “Xoruzlar” Bolu toplanışı zamanı 3 görüş keçirəcək ki, hələ sınaqçı rəqiblərin adına aydınlıq gəlməyib.

Qeyd edək ki, “Dənizlispor”da Arif İsayevlə Saşa Yunisoğlu forma geyir.