Nurudin Orelesi: Bizim mərhələ keçmək şansımız çoxdur
18.07.2013 - 14:02
Nurudin Orelesi: Bizim mərhələ keçmək şansımız çoxdur
“Biz yaxşı oyun nümayiş etdirdik. Göstərilən oyun “Skenderbeu”nun gücündən xəbər verir”. Apasport.az saytının məlumatına görə, bunu “Skenderbeu”nun nigeriyalı yarımmüdafiəçisi Nurudin Orelesi deyib.

24 yaşlı afrikalı oyunçu “Neftçi” – “Skenderbeu” oyunu haqqında fikirlərini bildirib. Dayaq yarımmüdafiəsi xəttində oynayan Orelesinin sözlərinə görə, fasilədən sonra yaratdıqları ardıcıl təhlükəli vəziyyətlərə görə matçdan qalib də ayrılmaq imkanları varmış: “Biz bütün proqnozlara baxmayaraq, gözəl oyun nümayiş etdirdik. Meydançada oyuna yüksək dərəcədə köklənə bilmişdik. Əgər bəxtimiz gətirsəydi, hətta qələbə də qazana bilərdik. Çünki qarşılaşmanın müəyyən hissəsində dominantlıq etdik və fərqlənmək şanslarımız var idi. Ancaq neyləmək olar. Qarşıda bizi daha çətin oyun gözləyir. Bizim mərhələ keçmək şansımız çoxdur”.