“Simurq” “Beşiktaş”a uduzdu - YENİLƏNİB
24.07.2013 - 21:52
“Simurq” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi sözügedən ölkədə hazırlıq çərçivəsində bu gün üçüncü yoxlama oyununa çıxıb.
İyulun 16-da Yunanıstan çempionu “Olimpiakos”a (1:2) məğlub olan, 3 gün sonra “Neftçi”nin Avroliqanın pley-off mərhələsində kənarlaşdırdığı Kiprin APOEL klubu ilə görüşü təxirə salınan, 2 gün bundan əvvəl isə “İstanbul BB” ilə sülh bağlayan zaqatalalılar bu dəfə Türkiyənin 4 ən böyük klubundan biri olan "Beşiktaş"la qarşılaşıb.
Avstriyanın Leinz şəhərində baş tutan oyunda hesabı 54-cü dəqiqədə Salif Ballo açıb. Lakin təmsilçimiz üstünlüyü sona qədər qoruya bilməyib. Belə ki, əvvəlcə matçın 68-ci dəqiqəsində braziliyalı hücumçu Dentinyo hesaba tarazlıq gətirib. Görüşün başa çatmasına 5 dəqiqə qalmış portuqaliyalı forvard Uqo Almeyda “qara-qartallar”ın qələbə topunu vurub – 1:2.
Qeyd edək ki, baş məşqçi Georgi Çixradzenin yetirmələri Türkiyə toplanışı zamanı 3 oyunda qüvvəsini sınayıb. Əvvəlcə “Simurq” “Spartak-Nalçik”ə (1:0) uduzub. Təmsilçimiz ikinci matçda “Dila” (3:3) ilə heç-heçə edib. Zaqatalalılar son oyununda da Gürcüstan klubu ilə qarşılaşıb. Bu oyunda da qalib müəyyənləşməyib - 1:1.
Yoxlama oyunu
24 iyul
“Simurq” (AZƏRBAYCAN) – “Beşiktaş” (Türkiyə) - 1:2
Qollar: Salif Ballo, 54 - Dentino 68, Uqo Almeyda, 85

0
0