Qurban Qurbanov – nadir tapıntı
24.07.2013 - 14:58
Qurban Qurbanov – nadir tapıntı
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis Polşanın “Pyast” klubu ilə qarşılaşmada 200-cü oyununa çıxacaq.

2008-ci ilin avqustunda baş məşqçi postuna təyin olunan Qurbanov 5 ildir fasiləsiz başçılıq etdiyi “Qarabağ”ı bu günədək 199 görüşə çıxarıb. Bu matçlarda 100-cü yubiley qələbəsini gözləyən, 99-cunu polşalılarla Bakıdakı ilk oyunda (2:1) əldə edən Qurbanov cavab matçına da yubiley üçün yollanıb.

Eyni klubu 200 və daha çox qarşılaşmaya çıxaran nadir Azərbaycan mütəxəssislərindən olan Qurbanov Premyer Liqada 154, Azərbaycan kubokunda 22, Avropa Liqasında 23 matçda iş başında olub.

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi
2008/09
Azərbaycan kuboku
7
5
2
0
9-2
17
2008/09
Premyer Liqa
26
14
7
5
35-22
49
2009/10
Avropa Liqası
6
3
2
1
5-4
11
2009/10
Azərbaycan kuboku
4
2
1
1
6-2
7
2009/10
Premyer Liqa
32
14
12
6
31-26
54
2010/11
Avropa Liqası
8
4
2
2
12-11
14
2010/11
Azərbaycan kuboku
1
0
1
0
0-0
1
2010/11
Premyer Liqa
32
17
7
8
41-22
58
2011/12
Avropa Liqası
6
3
2
1
10-5
11
2011/12
Azərbaycan kuboku
5
2
2
1
6-3
8
2011/12
Premyer Liqa
32
15
8
9
37-28
53
2012/13
Premyer Liqa
32
16
11
5
43-26
59
2012/13
Azərbaycan kuboku
5
1
3
1
6-5
6
2012/13
Avropa Liqası
3
3
0
0
4-1
9
Avropa Liqası
23
13
6
4
31-21
45
Azərbaycan kuboku
22
10
9
3
27-12
41
Premyer Liqa
154
76
45
33
187-124
273
Cəmi
199
99
60
40
245-157
357