“Bu Denisi nə qədər qovub-qaytarmaq olar?” – MÜSAHİBƏ
24.07.2013 - 15:46
Azərbaycan millisinin sabiq məşqçisi Elxan Abdullayevin apasport.az saytına müsahibəsi
- “Neftçi” klubunun Çempionlar Liqasında “Skenderbeu”ya məğlubiyyətini nə ilə izah edərdiniz?
- Bu məğlubiyyətə görə çox dilxor oldum. Çünki “Neftçi”nin növbəti mərhələyə keçəcəyinə inanırdım. Məncə, yenilginin ən böyük səbəbi İqor Mitreskinin matçın sonlarında qırmızı vərəqə alması oldu. “Neftçi” albanlara 90 dəqiqədə qol vurmağın çətin olduğunu görərək, oyunu əlavə vaxta apardı. Ancaq 10 nəfərlə mübarizə aparmaq çətin oldu. Açığı, son 3 ildə “Neftçi”ni elə vəziyyətdə görməmişdim.
- Təmsilçimizin belə zəif təsir bağışlamasını nə ilə əlaqələndirərdiniz?
- “Neftçi”nin bədbəxtçiliyi ondadır ki, müdafiə xəttində normal futbolçu yoxdur. Qardaş, axı bu Denis Silvanı nə qədər qovub-qaytarmaq olar? Məgər “Neftçi”nin büdcəsi imkan vermir ki, 2 normal müdafiəçi alsın? Artıq yaşlı olan Mitreski ilə hara gedəcəksən? Mən onun son çempionatda 5 oyununa baxmışam. 3-də Mitreski ya səhv, ya da penalti edib. Əgər o, ölkə çempionatında çatdırtmırsa, əlbəttə, beynəlxalq oyunlarda neynəyəcək?
- Vaxtilə millidə birgə işlədiyiniz “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev hələ oyundan öncə məğlubiyyət olarsa, istefa verəcəyini açıqlayıb...
- Böyükağa müəllimin böyüklüyü ondadır ki, matçdan öncə heç bir təzyiq altında olmadan belə səmimi açıqlama verir. Bu da Hacıyevin nəticəyə görə məsuliyyəti öz üzərinə götürdüyünü göstərir. Yəni, məğlubiyyətdən sonra postunda qalmağı özünə sığışdırmır. Ancaq qitə miqyaslı turnirdəki təmsilçilərimizin baş məşqçiləri – istər Con Toşakla Kaxaber Sxadadze, istərsə də Qurban Qurbanovdan belə açıqlama görməmişəm.
- Ancaq həmkarınız bunu matçdan dərhal sonra etməyərək, Bakıya saxlayıb...
- Orda olan 50 albaniyalını nə maraqlandırır ki, Böyükağa müəllim istefa verəcək, ya yox. Bunun yolu var, Bakıya gələndə səbəblərini göstərib, qərarını verəcək. Ancaq mən “Neftçi”nin prezidentinin yerində olsaydım, baş məşqçinin istefasını qəbul etməzdim. Nəinki Hacıyevin, ümumiyyətlə, heç bir həmkarımın gedişini istəməzdim. Böyükağa müəllim işini davam etdirsə yaxşıdır. O, qrup mərhələsinə düşən ilk məşqçimiz tarix yazıb. “İnter”, “Rubin” kimi komandaları Bakıya gətirməklə, azarkeşlərimizin onları canlı izləməyinə imkan yaradıb.
- Bir qədər Avropa Liqası haqda danışaq. Siz də burada iştirak edən klublarımızdan yalnız “Qarabağ”ın mərhələ keçəcəyinə inanırsınız, yoxsa artıq sabah Avropa mövsümü bizim üçün bitəcəyini düşünürsünüz?
- Açığı, mən ən az “Qarabağ”a inanıram. Təbii ki, bir patriot kimi hər 3 komandamızın mərhələ keçməyini istəyirəm. Ancaq əgər təhlil aparsaq, üstünlüyü “İnter”ə verərdim. Məncə, bu komandanın şansı bir az çoxdur. Əgər “İnter” erkən, 15-ci dəqiqəyə kimi qol vursa, sonradan daha bir dəfə fərqlənib, matçı əlavə vaxta apara bilər. Orada isə qalib gəlmək mümkündür. Real danışaq, “Xəzər Lənkəran”ın şansı demək olar yoxdur. Mən komandanı da qınamıram. Çünki lənkəranlılara elə güclü rəqib düşüb ki, “Makkabi” nəinki ona, “Neftçi”, millimizə də düşsəydi, qalib gələrdi. Bu da rəqibin qat-qat güclü olmağı ilə bağlıdır. İsrail klubu istəsə, 50-ci, 70-ci dəqiqədə də qolunu vuracaq. Onda Lənkəran klubu 4:1 hesabı ilə qalib gəlməlidir ki, bu, artıq mümkünsüzdür.
- Bəs “Qarabağ”a niyə az inanırsınız?
- Çünki bu komanda hücum futbolu oynayır. Ancaq Polşada buna imkan verməyəcəklər. “Pyats” Avropanın debütantı olsa da, güclüdür. Mən onun 4-cü yeri tutduğu ötən çempionatda oyunlarına baxmışam. Bu komanda evdə yaxşı oynayır, fiziki cəhətdən güclüdür. Onlar bura arxayın, bərabərliyə gəlmişdilər. Buna da nail olmağa yaxın idilər. İndi polşalılara 1:0 hesablı qələbə də sərfəlidir. Ancaq o, komandamıza 2-3 qol da vura bilər.

0
0