“Neftçi” ilə matçda qaçırdığım qol imkanlarına görə üzr istəyirəm”
24.07.2013 - 16:12
“Neftçi” ilə matçda qaçırdığım qol imkanlarına görə üzr istəyirəm”
“Çox sevinirəm ki, “Neftçi”yə qalib gəlməklə mərhələ adladıq. Allaha sükürlər olsun ki, bunu bacardıq və artıq növbəti mərhələ haqda düşünə bilərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın “Skenderbeu” klubunun futbolçusu Pero Peyiç deyib.

Xorvatiyalı hücumçu Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunu haqda fikirlərini açıqlayıb. 1:0 hesablı qələbədən məmnun qalan Pero qol vurmağı üçün təəssüf hissini gizlətməyib: “Saysız-hesabsız qol imkanlarını qaçırdığım üçün bütün azarkeşlərdən üzr istəyirəm. Lakin ən vacib olanına – qalib gəlməyə nail olduq. Biz rəqib üzərində aşkar üstünlük əldə edərək yaxşı oyun göstərdik. Böyük bir gün yaşadıq. “Neftçi” asan rəqib deyildi. Amma onları keçməyi bacardıq. Daha bir mərhələ keçməyimiz fantastik olardı”.

Qeyd edək ki, Albaniya çempionu Bakıdakı qarşılaşmada da qol buraxmamışdı – 0:0.