“Skenderbeu”nun qapıçısı: “Neftçi”nin qırmızı vərəqə alması işimizi asanlaşdırdı
24.07.2013 - 16:51
“Skenderbeu”nun qapıçısı: “Neftçi”nin qırmızı vərəqə alması işimizi asanlaşdırdı
“Çox xoşbəxtəm ki, 3-cü mərhələyə yüksəldik. Bu, bizim hazırlıq mərhələsi zamanı etdiyimiz məşqlərin qiyməti olaraq kifayət qədər böyük mükafatdır. Hamı eyni hədəfə köklənmişdi. Biz buna nail olduq və növbəti mərhələyə yüksəldik”. Apasport.az saytının məlumatına görə, bunu “Skenderbeu”nun qapıçısı Orqes Şehi deyib.

Korça klubunun ən təcrübəli futbolçusu olan Şehinin “Neftçi” ilə cavab oyununda işi Bakıdakına nisbətən az oldu. 35 yaşlı qolkiper oyunla bağlı fikirlərini açıqlayıb: “Bu, “Skenderbeu”nun həqiqi gücüdür! Fikrimcə, Avroliqanın təsnifat mərhələsində bu rəqabətdən qalib ayrılmağımız tək “Skenderbeu” üçün yox, bütün albanlar üçün yaxşı haldır. Kifayət qədər çətin olmasına baxmayaraq, biz bu matçda çox yaxşı oynadıq. Bizim hamımız rəqibə məyusluq yaşadaraq güclü xarakter nümayiş etdirdik. Qarşılaşmada dominatlıq etdik və bizim fərqlənmək üçün çoxlu şanslarımız oldu. “Neftçi”nin oyunçusunun qırmızı vərəqə alması isə işimizi daha da asanlaşdırdı. Növbəti rəqib haqda düşünməzdən əvvəl bizə dincəlmək lazımdır”.