“Neftçi”yə qarşı bir ayaqla oynamağa da hazır idim”
24.07.2013 - 17:02
“Neftçi” ilə oyundan sonra ayağım bir az ağrıyır. Ancaq əsas odur ki, biz mərhələ keçə bildik”. Apasport.az saytının məlumatına görə, bunu Albaniyanın “Skenderbeu” klubunun futbolçusu Yetmir Sefa deyib.
“Neftçi” ilə Çempionlar Liqasının II təsnifat mərhələsində 1:0 hesabı ilə qalib gəldikləri matçın ikinci hissəsində zədə üzündən əvəzlənən orta sahə oyunçusu nəticəni böyük nailiyyət sayır: “Rəqibə qarşı bir ayaqla oynamağa da hazır idim. Bu, əvvəldən sona kimi layiqli qələbə idi. Biz oyunda göstərdik ki, yüksək səviyyəli və təcrübəli futbolçulardan ibarət heyətimiz var. Onlar böyük oyunda yalnız özlərini təsdiqlədilər. Mənim bir neçə gündən sonra prezidentlə görüşüm olacaq. Fikrimcə, gələcək taleyim növbəti matça kimi həll olunacaq. Komandada qalmaq istəyirəm, ancaq necə olacağını zaman göstərəcək”.

0
0