“Keçirdiyim hissləri ifadə etməyə söz tapa bilmirəm”
24.07.2013 - 17:16
“Neftçi” ilə oyundan sonra keçirdiyim hissləri ifadə etməyə söz tapa bilmirəm. Böyük qələbədə pay sahibi olmağımla fəxr edir və buna sevinirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın “Skenderbeu” klubunun futbolçusu Leonit Abazi deyib.
20 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunu haqda fikirlərini açıqlayıb: “Mərhələ keçmək hər komandaya nəsib olmur. Bu üzdən də belə uğur qazanmağımıza çox sevinirik. Mənə dəstək olan, “Skenderbeu”nun bir parçasına çevrilmək imkanı verənlərə təşəkkür edirəm. Biz güclü rəqiblə qarşılaşmada yaxşı oynadıq. Yaranan qol imkanlarından yararlana bilməmıyimiz üçün üzr istəyirəm. Amma yaxşı ki, Nurəddin Orelesi bizə böyük sevinc bəxş edən qola imza atdı”.
Qeyd edək ki, Albaniya çempionu “Neftçi” ilə qarşılaşmaları məğlub olmadan keçib. Bakıda qolsuz heç-heçəyə sevinən Korça təmsilçisi öz meydanında əlavə vaxtdakı qolla mərhələ adlayıb.

0
0