“Pyast”ın baş məşqçisi: “Qarabağ”la oyunda əsas məqsədimiz...
24.07.2013 - 18:20
“Pyast”ın baş məşqçisi: “Qarabağ”la oyunda əsas məqsədimiz...
“Sabah biz öz azarkeşlərimizin gözü önündə oynayacağıq. Biz hamıya məlum olan işlənmiş taktika ilə oynayacağıq. Əsas bizim öz oyunumuzu və fəlsəfəmizi nümayiş etdirməkdir”. Apasport.az saytının məlumatına görə, bunu “Pyast”ın baş məşqçisi Martsin Broş deyib.

40 yaşlı çalışdırıcı “Qarabağ”la sabahkı oyun haqda bunları söyləyib: “Biz çox vacib oyuna çıxırıq. Sabah saat 17:30-da (Bakı vaxtı ilə 20:30-da) “Qarabağ”la Avroliqanın 3-cü mərhələsinə vəsiqə qazanmaq üçün 2-ci oyunumuzu keçirəcəyik. Bütün vaxtdır, biz heç nəyə məhəl qoymadan bu oyuna hazırlaşırıq. Sabah biz əlimizdən gələn hər şeyi edəcəyik ki, növbəti mərhələyə vəsiqə qazanaq. Bizim sabah əsas məqsədimiz mümkün olan şeyləri gerçəkləşdirmək olacaq”.

Polşalı çalışdırıcı “Qarabağ” haqda belə deyib: “Qarabağ”ın heyətində Portuqaliya, Braziliya, Gürcüstan, Makedoniyadan futbolçular var. Biz bu komanda ilə artıq bir dəfə qarşılaşmışıq. İlk oyundan fərqli olaraq, suallar qalmayıb. Biz düşündüyümüz kimi bu komandanın oyunu bir və digər ssenari üzrə dəyişə bilər. Bu keçmişdə qalıb. Sabah isə biz öz oyunumuzu göstərəcəyik”.

Broş heyətdə zədəli oyunçu olmadığını da açıqlayıb: “İstənilən nəticə qeydə alına bilər. İlk oyunun nəticəsindən asılı olaraq bizi qolsuz heç-heçə qane etmir. Hər iki komanda müdafiəyəmeylli oyundan çox, qapılara zərbə vurmağı xoşlayır. Ümid edək ki, bizim zərbələrimiz qələbəni gətirəcək. Əks halda biz azərbaycanlıların Bakıya xoş təəssüratla ayrılmasını seyr etməli olacağıq. Bütün oyunçular qaydasındadır, bu çox vacibdir. Biz uzun zamandır sıx qrafiklər oynayırıq. Yoxlama oyunlarında çox yaxşı rəqiblərlə gücümüzü sınamışıq. Komandamı A və B heyətinə, yaxşı və pislərə bölmək istəməzdim. Oyunların qrafikinə baxmayaraq, bütün oyunçular oynamağa hazırdır. Bizdə zədəli yoxdur. Hər qarşılaşmaya optimal olan heyəti buraxmağa çalışıram”.