Legionerlərimizin rəqibləri bəlli oldu
24.07.2013 - 19:00
Legionerlərimizin rəqibləri bəlli oldu
Türkiyə PTT I liqasının 2013-2014 mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 19 komandanın mübarizə aparacağı çempionatda təmsilçilərimizin rəqibləri müəyyənləşib.

Belə ki, “Dənizlispor”da forma geyinən millimizin üzvü Arif İsayev və Saşa Yunisoğlu çempionatın startında səfərdə “Qaziantepspor”la qarşılaşacaq. “Kahramanmaraşspor”da çıxış edən Fərid Quliyevin komandası digər azərbaycanlı futbolçu Ramal Hüseynovun klubu “Bucaspor”la üz-üzə gələcək. Yığmamızın hücumçusu Branimir Subaşiçin komandası “Orduspor” isə səfərdə “Adanaspor”la münasibətlərinə aydınlıq gətirəcək.

Milliləşdirilmiş futbolçularımız – Andrey Popoviçlə Usim Ndukanın şərəfini qoruduğu “Tavşanlı Linyitspor” isə “Balıkəsirspor”un qonağı olacaq.

Qeyd edək ki, PTT I liqasının ilk oyunları 17, 18 və 19 avqustda keçiriləcək.