Con Toşak: Ümidimiz qətiyyən azalmayıb
24.07.2013 - 19:39
“Özümüz işimizi çətinə salmışıq. Ümumiyyətlə, "Makkabi" çox güclü rəqibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.
Uelsli mütəxəssis bu gün Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa) ilə cavab oyunöncəsi mətbuat konfransı keçirib.
O bildirib ki, sürprizə imza atmağa çalışacağıq: “Biz bunu oyundan öncə də bilirdik və 90 dəqiqə ərzində onların üstün cəhətlərini bir daha gördük. Matçın qırılma nöqtəsi 50-60-cı dəqiqələr arasında oldu. Əlimizə düşən real qol şanslarından yararlana bilmədik. Az sonra isə qapımızda kobud səhv sonrası ikinci qolu gördük. İkinci qol isə bizim üçün "soyuq duş" rolunu oynadı. Bununla belə, ümidimiz qətiyyən azalmayıb. Əgər bu gün biz Avropa Liqasında mübarizə aparırıqsa, əlimizə yanımıza salmamalı, irəli boylanmalıyıq. Çalışacağıq sürprizə imza ataq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Makkabi” matçı sabah saat 21:00-da başlayacaq.
Mənbə: lankaranfc.com

0
0