“Xəzər Lənkəran”la oyun bizim üçün asan olmayacaq”
24.07.2013 - 20:00
“Baxmayaraq ki, ilk oyunda sərfəli nəticə qazanmışıq. Bununla belə, Lənkəranda keçiriləcək görüş bizim üçün çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Makkabi”nin baş məşqçisi Arik Benadoya məxsusdur.
39 yaşlı çalışdırıcı bu gün Avropa Liqasının II təsnifat mərhələsinin “Xəzər Lənkəran”la cavab oyunöncəsi Lənkəranda keçirilən mətbuat konfransında iştirak edib.
Benado sabah təmsilçimizlə oyunun asan keçməyəcəyini bildirib: “Rəqib çox təhlükəli komandadır. Biz ilk matçda da gördük ki, bir az meydanda boşluq yaradan kimi “Xəzər Lənkəran” bundan istifadə etməyə çalışır. Ona görə də sabah baş tutacaq oyun bizim üçün heç də asan olmayacaq. Rəqibin heyətində hansısa futbolçunu fərqləndirmək istəməzdim. Çünki bu, etik olaraq düzgün olmazdı. Ümumiyyətlə, “Xəzər Lənkaran” çox güclü rəqibdir. Onlar kollektiv oyun göstərirlər. Sabah mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. Lakin yenə deyirəm, bu, heç də bizim üçün asan olmayacaq”.
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk matçda “Makkabi” 2:0 hesabı ilə qələbə qazanmışdır. “Xəzər Lənkəran” – “Makkabi” matçı isə sabah saat 21:00-da başlayacaq.
İsmayıl NƏSİBLİ

0
0