BATE azarkeşlərindən “Pyast”a dəstək
24.07.2013 - 20:33
BATE azarkeşlərindən “Pyast”a dəstək
Sabah Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyun gündə təmsilçimiz “Qarabağ”ı qəbul edəcək “Pyast”a ölkə xaricindən dəstək gələcək. Apasport.az saytının məlumatına görə, Polşa klubunun dost komandası BATE-nin azarkeşləri Qlivitse şəhərinə gələcək.

Lakin “Pyast”ı “Qarabağ”la oyunda dəstəkləmək üçün təşrif buyuracaq fanatların sayı çox olmayacaq.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk görüşdə ağdamlılar rəqibini 2:1 hesabı ilə məğlub etmişdi. “Pyast” - “Qarabağ” qarşılaşması ilə Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.