Luis Suares “Arsenal”la danışıqlar aparmaq istəyir
24.07.2013 - 21:12
“Liverpul”un hücumçusu Luis Suares “Arsenal”a keçmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, uruqvaylı futbolçu karyerasını London təmsilçisində davam etdirmək istəyir.
O, “qırmızılar”ın rəhbərliyinə xahiş edib, “topçular”la danışıqlar aparmaq fikrindədir. Buna isə “Liverpul” tərəfi razılıq verdikdən sonra Suares “Arsenal”a transfer olunması ilə bağlı danışıqlar apara bilər. Çünki heç bir oyunçu müqaviləsi olan zaman digər komandaya keçidini həll edə bilməz.
Qeyd edək ki, daha əvvəl “Arsenal” Luis üçün “Liverpul”a 40 milyon avro dəyərində məbləğ təklif etmişdi. Lakin qarşı tərəf forvardını satmadı və londonlulara rəd cavabı verdi.

0
0