“Neftçi”ni məğlub etdiyimiz üçün çox məmnunam”
25.07.2013 - 01:10
“Neftçi”ni məğlub etdiyimiz üçün çox məmnunam”
“Neftçi”ni məğlub etdiyimiz üçün çox məmnunam. Hisslərimi sözlə ifadə etmək çətindir” Apasport.az saytının məlumatına görə, bu sözləri “Skenderbeu”nun futbolçusu Ademir Ribeyro Souza deyib.

O, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyun günündə evdə təmsilçimizi məğlub edib, növbəti mərhələyə keçmələrini dəyərləndirib: “Klub prezidentinə təşəkkür edirəm. Çünki o, mənə ÇL-də komandamın heyətində yenidən oynamaq fürsəti verdi. Bizim uğurumuz həqiqətən böyükdür. Düşünürəm ki, hədəfimizə nail olduq. “Skenderbeu”nun hələ tarix yazacaq şansları var. İndi bayram etmək lazımdır. Daha sonra növbəti oyunlara hazırlaşacağıq. Bundan sonra bizim üçün çox çətin olacaq”.