Yunisoğlu debüt etdi, İsayev sevindirdi - FOTOLAR
25.07.2013 - 03:03
Yunisoğlu debüt etdi, İsayev sevindirdi - FOTOLAR
Millimizin üzvü Arif İsayev və Saşa Yunisoğlunun şərəfini qoruduqları “Dənizlispor” Boluda təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Türkiyə klubu sözügedən şəhərdə ilk yoxlama oyununu keçirib.

Təmsilçilərimizin komandası Gürcüstanın “Rustavi” klubu ilə qarşılaşıb. Matçda “xoruzlar” rəqibini minimal hesabla məğlub edib. Görüşdə vurulan yeganə qolun müəllifi yığmamızın üzvü Arif İsayev olub. Oyunda “Dənizlispor”un yeni transferi azərbaycanlı futbolçu Yunisoğlu da debüt edib. Hər iki təmsilçimiz meydana start heyətdə çıxıb.

Qeyd edək ki, Boluda hazırlıq keçən dənizlilərə hələ ki baş məşqçi təyin edilməyib.