“Qarabağ” Polşada sonuncu məşqini etdi
25.07.2013 - 04:05
“Qarabağ” Qlivitsedə sonuncu məşqinə çıxıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bu gün Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Pyast”ın qonağı olacaq komanda ötən gün yerli vaxtla 17:30-da hazırlığa başlayıb.
19 futbolçunun iştirak etdiyi çalışmada Ağdam klubun baş məşqçisi Qurban Qurbanov futbolçuları elə də çox yükləməyib. Təxminən 1 saat davam edən çalışma yüngül qaçışla başlayıb. Ardınca ənənəvi “kvadrat” oynayan komandanın əhval-ruhiyyəsinin yaxşı olması diqqətdən qaçmayıb.
Ardınca otelə yollanan komanda oyun saatını gözləməyə başlayıb.

0
0