Qurban Qurbanov: Bizi çətin 90 dəqiqə gözləyir
25.07.2013 - 04:20
Qurban Qurbanov: Bizi çətin 90 dəqiqə gözləyir
“Pyast”la oyuna çox ciddi yanaşırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli çalışdırıcı ötən gün Avropa Liqasının II təsnifat mərhələsinin Polşa “Pyast”ı ilə oyunöncəsi mətbuat konfransı keçirib.

O bildirib ki, komandasını qarşıda çətin 90 dəqiqə gözləyir: “Rəqib fiziki və atletik cəhətdən çox güclüdür. Qarşıda bizi çətin 90 dəqiqə gözləyir. Bu görüşdə hər şeyə hazır olmaq lazımdır. “Pyast”ın heyətində hər hansı bir futbolçunu fərqləndirmək istəmirəm. Onlar kollektiv futbola üstünlük verir. Biz meydana çıxıb, öz oyunumuzu göstərəcəyik. Çalışacağıq ki, növbəti mərhələyə keçək. Rəqibi “Visla” ilə müqayisə etmək istəmirəm. Çünki özümüzü “Pyast”la oyuna kökləndirmək lazımdır”.