III təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşdi
25.07.2013 - 05:58
III təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşdi
Ötən gün baş tutan 4 oyunla Çempionlar Liqasının II təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, artıq qitənin ən titullu klub turnirinin III təsnifat mərhələsinin bütün cütlükləri bəlli olub.

Növbəti mərhələdə 30 komanda üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları 30-31 iyul və cavab görüşləri isə 6-7 avqust tarixlərində keçiriləcək.

Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün cütlükləri

“Bazel” (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail)
“Molde” (Norveç) - “Legiya” (Polşa)
APOEL (Kipr) - “Maribor” (Sloveniya)
“Ludoqorets” (Bolqarıstan) - “Partizan” (Serbiya)
“Dinamo” (Gürcüstan) - “Styaua” (Rumıniya)
“Seltik” (Şotlandiya) - “Elfsborq” (İsveç)
“Şaxtyor” (Qazaxıstan) - “Skenderbeu” (Albaniya)
“Austriya” (Avstriya) - “Hafnarfyordur” (İslandiya)
“Nomme Kalyu” (Estoniya) - “Viktoriya” (Çexiya)
“Dinamo” (Xorvatiya) - “Şerif” (Moldova)
“Norsyelland” (Danimarka) - “Zenit” (Rusiya)
“Zalsburq” (Avstriya) - “Fənərbaxça” (Türkiyə)
PAOK (Yunanıstan) - “Metallist” (Ukrayna)
PSV (Hollandiya) - “Sulte Varegem” (Belçika)
“Lion” (Fransa) - “Qrasshoppers” (İsveçrə)