“Qəbələ” yenə gürcülərə qalib gəldi
25.07.2013 - 06:20
Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası toplanış çərçivəsində ikinci oyununu keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, ilk görüşdə qonşu ölkənin I divizion təmsilçisi "Mark Stars of Georgia" kollektivini 2:1 hesabı ilə məğlub edən "qırmızı-qaralar" bu dəfə Tbilisi "Dinamo"sunun əvəzediciləri ilə qarşılaşıb.
Startdan finala qədər üstünlüyü əldən verməyən təmsilçimiz rəqibini Amil Yunanov və Əziz Hüseynovun qolları ilə 2:0 üstələyib.
"Qəbələ" növbəti oyunu bu gün yerli "VİT Corciya" klubuna qarşı keçirəcək.

0
0